Gənclər və İdman Naziri Ağdamda vətəndaşlarla görüş keçirib

Dekabrın 4-də gənclər və idman naziri Fərid Qayıbov Ağdam, Ağcabədi və Laçın rayon sakinlərini qəbul edib.

Qəbuldan öncə Fərid Qayıbov və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı  Vaqif Həsənovla birlikdə Quzanlı qəsəbəsində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Ağdam Olimpiya İdman Kompleksində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Müəllif: Bəhruz MƏMMƏDOV