Azərbaycan taekvondo çempionatı: yeniyetmə, gənc və böyüklər arasında gərgin mübarizə
Dekabrın 24-dən 29-dək Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Klubunda taekvondo üzrə yeniyetmə və gənclər arasında ölkə birincilikləri, böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək.
Yarışda paytaxt və bölgələri təmsil edən müxtəlif klub, cəmiyyət və idman təşkilatlarından 2011-2013-cü il təvəllüdlü yeniyetmə, 2008-2010-cu il təvəllüdlü gənc, eləcə də 2007-ci il və ondan yuxarı təvəllüdlü kişi və qadın taekvondoçular çempionluq uğrunda mübarizə aparacaqlar.
Çempionat və birincilikdə hər üç yaş qrupu üzrə ümumilikdə 78 klubdan 959 idmançı mübarizə aparacaq.