Rafael Bünyatov: "Mingəçevir şəhər stadionu təmir olunacaq"

ASTA-nın prezidenti Rafael Bünyatov "Mingəçevir" klubu ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimindən sonra açıqlamalar verib.

Bünyatov Mingəçevir şəhər stadionunun təmir ediləcəyini və stadionda tennis kortunun da salınacağını bildirib. O, bu müqavilənin bağlanmasında Tural Piriyevin böyük rolu olduğunu qeyd edib:

"Bizə bir neçə region təklif olunmuşdu, amma mən ilk gündən Mingəçevirin üzərində dayandım. Şəhərdəki 10 və 15 nömrəli məktəblə də əməkdaşlıq edəcəyik."

Bünyatov Premyer Liqaya yüksəlmək üçün qarşılarına iki illik bir plan qoyduqlarını vurğulayıb:

"Əvvəlcə klubun bazasını qaydaya salmalıyıq. Elitaya çıxdıqdan sonra problemlərlə üzləşmək istəmirik."

Qeyd edək ki, Rafael Bünyatov "Mingəçevir" klubunun yeni İdarə Heyətinin sədri olacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV