Vladislav Kalmıkov 2025 H&N Kubokunda bürünc medal qazandı

21-26 yanvar 2025-ci il tarixlərində Almaniyanın Münxen şəhərində keçirilən 2025 H&N Kubokunda Azərbaycanın gənc idmançısı Vladislav Kalmıkov möhtəşəm uğura imza atıb.
Pnevmatik tapançadan 10 m məsafəyə atəşaçma yarışında iştirak edən Kalmıkov, 217.1 xal toplayaraq bürünc medal qazanıb.
Bu nailiyyət idmançımız üçün ilin ilk medalı olmaqla yanaşı, Azərbaycanın atıcılıq sahəsində beynəlxalq arenadakı uğurlarının davamıdır.
