Azərbaycan çempionatı ilk dəfə Abşeronda keçiriləcək

Fevralın 11-dən 14-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

Bu yarış ilk dəfə Abşeron Olimpiya İdman Kompleksində təşkil ediləcək. Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi çempionatı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Yarışın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan çempionatın görüşləri hər gün saat 10:00-da başlanacaq. Medallar uğrunda qarşılaşmalara isə 16:30-da start veriləcək.

Çempionatın proqramı belədir:

11 fevral

Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.

12 fevral

Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.

13 fevral

Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.

14 fevral

Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.

Müəllif: Natiq NƏSİROV