U-15 yeniyetmələr arasında Bakı şəhər birinciliyinə yekun vuruldu
24-26 yanvarda Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Bakı şəhər birinciliyi keçirilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qızlar və oğlanlar arasında 18 çəki dərəcəsində qaliblər bəlli olub. Yarışda Bakının 64 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 761 cüdoçu medallar uğrunda mübarizə aparıb.
Ümumi komanda hesabında medalların sayına görə 1-ci yerə Bakı şəhər 10 nömrəli UGİM, 2-ci yerə Respublika Kompleks İdman Məktəbi, 3-cü yerə isə Bakı şəhər 8 nömrəli İOEUGİM layiq görülüb. 19 komanda müxtəlif əyarlı medal qazanıb
Yarışın əsas məqsədi yeniyetmələr arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır. Yarış 27 fevral – 2 martda keçiriləcək 15 yaşa qədər kiçik yaşa qədər yeniyetmələr arasında ölkə birinciliyinə seçim xarakteri daşıyır.