Stolüstü tennisçilər Qazaxıstana yollanıblar

Stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışını Qazaxıstanda keçəcəklər.

Seçmə komandanın üzvləri bu məqsədlə Astana şəhərinə yola düşüblər. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Hilal Həsənov, Nihad Məmmədov, Vəzir Allahverdiyev, Hüseyn Eylazov, Zemfira Mikayılova, Xədicə Əbilzadə, Ləman Abdulhəmidova və Arzu Aslanova fevralın 3-dən 11-dək Qazaxıstan millisi ilə birgə hazırlıq prosesində olacaq.

Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

Müəllif: Bəhruz MƏMMƏDOV