RAMİL QULİYEVDƏN NÖVBƏTİ MEDALLAR
ESTAFET/ Rumıniyanın Piteşti şəhərində 16 yığma komandanın iştirakı ilə ənənəvi Balkan ölkələrinin çempionatı başa çatıb. Turnir Türkiyəni təmsil edən azərbaycanlı atlet Ramil Quliyev üçün uğurlu olub.
Artıq uzun müddətdir Türkiyədə yaşayan və bu ölkə üçün mübarizə aparan atlet iştirak etdiyi 2 növdə finiş xəttinə birinci çatıb. O, 100 m məsafəni 10,30 - 200 m məsafəni isə 20,98 saniyəyə qət edərək çempion adına layiq görülüb.