Bakı Böyük Dəbilqəsinin ilk günündə üç cüdoçumuz bürünc medal uğrunda mübarizə aparacaq

Fevralın 14-də Milli Gimnastika Arenasında start götürən Bakı Böyük Dəbilqə turnirinin ilk yarış günündə üç cüdoçumuz bürünc medal uğrunda tatamiyə çıxacaq.
Kişilər arasında -60 kq çəki dərəcəsində Balabəy Ağayev Belçika təmsilçisi Yorre Verstraten, Əhməd Yusifov isə Ukrayna cüdoçusu Dilşot Xalmatovla bürünc medal uğrunda qarşılaşacaq. -66 kq çəki dərəcəsində mübarizə aparan Elşən Əsədov isə üçüncü yer uğrunda Özbəkistan idmançısı Azizbek Ortikovla tatamiyə çıxacaq.
Final qarşılaşmaları saat 17:00-da başlayacaq. Yarış İdman TV kanalı vasitəsilə canlı yayımlanacaq.
Biletləri iTicket.az saytından əldə edə bilərsiz:
https://iticket.az/events/sport/judo-grand-slam-tournament1
Yarışı canlı olaraq judotv.com saytı vasitəsilə izləyə bilərsiniz.
