Cüdoçularımız Samorin Avropa Kubokunda mübarizəyə başlayır

15 fevralda Slovakiyanın Samorin şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokunun ilk yarış günü keçirilir.
Yarışın ilk günündə oğlanlar arasında 4 çəki dərəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
