Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

ESTAFET/ Bakıda keçirilmiş “Böyük Dəbilqə” turnirinin ardınca paytaxtda beynəlxalq təlim-məşq toplanışı start götürüb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan toplanışda 14 ölkədən 100-dən çox cüdoçu iştirak edir.
Hazırlıq prosesinə Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycan idmançıları qatılıblar.
Fevralın 21-dək davam edəcək toplanış cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.
