Red Bull yeni kombinezonları təqdim edib

ESTAFET/ Red Bull komandası sürücülərinin 2025-ci il mövsümündə istifadə edəcəyi kombinezonları və dəbilqələri təqdim edib.
Bəzi sponsorların dəyişməsini nəzərə almasaq, kombinezonlar demək olar ki, eyni qalıb. Avstriya təmsilçisinin sürücüləri Maks Ferstappen və Liam Louson isə dəbilqə dizaynlarını demək olar ki, qoruyublar.
Red Bull komandasının 2025-ci il bolidi RB21 fevralın 25-də Bəhreyndə təqdim ediləcək. “Qırmızı öküzlər” mövsümöncəsi qış testlərindən bir gün əvvəl reklam çəkilişi üçün yeni bolidlərini trasa çıxaracaqlar.
Kokpit.az
