Sərbəst Piramida üzrə Azərbaycan çempionatı başa çatdı

ESTAFET/ Sərbəst Piramida (50-80 şar) üzrə Azərbaycan çempionatı başa çatıb. Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının dəstəyi ilə təşkil olunmuşdu.
Ölkənin ən güclü bilyard ustalarını bir araya gətirən çempionat iştirakçılar arasında gərgin mübarizə ilə yadda qaldı. Üç gün davam edən yarışın nəticələrinə əsas qaliblər aşağıdakı kimi müəyyənləşib:
1-ci yer: Fəttayev Murad
2-ci yer: Abbasəliyev Cahangir
3-cü yer: Vəliyev Faiq, Əkbərov Məhəmməd
