Təxirə salınmış oyunun vaxtı açıqlandı

ESTAFET/ Bu gün keçirilməli olan və əlverişsiz hava səbəbindən təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib.
PFL-in qərarına əsasən, matç fevralın 28-də Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydanında baş tutacaq.
Qarşılaşma saat 14:00-da start götürəcək.
