Lamiyə Vəliyeva Qazaxıstanda qızıl medal qazanıb və milli rekordu yeniləyib

Qazaxıstanın Öskemen (Ust-Kamenoqorsk) şəhərində Olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda beynəlxalq yarış keçirilib. Yarışda iştirak edən milli komandamızın üzvü Lamiyə Vəliyevanın heyətində yer aldığı komanda 4x200 metr məsafəyə qarışıq estafet qaçışında 1.31.80 nəticə ilə birinci yeri tutub.

Bundan əlavə, atletimiz 400 metr məsafəyə qaçışda göstərdiyi 55.78 saniyəlik nəticə ilə Azərbaycan milli rekordunu yeniləyib.

Lamiyə Vəliyevanın bu uğuru Azərbaycan atletikasında mühüm addım olmaqla yanaşı, gənc idmançımızın beynəlxalq arenada gücünü bir daha sübut edib.

Müəllif: Bəhruz MƏMMƏDOV