Kişi cüdoçular arasında Liqa yarışı: Birinci turun qalibləri müəyyənləşdi

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında Liqa yarışının birinci turu keçirilib.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda 37 klub və idman cəmiyyətindən olan 209 cüdoçu 7 çəki dərəcəsində qalibləri müəyyənləşdirib.

Kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə təşkil olunan Liqa yarışının il ərzində ümumilikdə 3 turunun keçirilməsi nəzərdə tutulub. Sözügedən turnirlərdə cüdoçuların əldə edəcəyi reytinq xalları milli komandanın tərkibinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaq. Liqa yarışının yekunu üzrə mükafat fondu nəzərdə tutulub.

Kişilər

-60 kq
1. Babarəhim Mirzəyev (Qobustan)
2. Murad Əliyev (Abşeron Xırdalan)
3. Sadiq Qurbanov (Turan İK)
3. Amin İsmayılov (DİN İC)

-66 kq
1. Tofiq Məmmədov (Azəri-Cüdo İKİB)
2. Qasım Vəlizadə (FHN İSK)
3. Rəşad Yelkiyev (Kanokan-TT İK)
3. Bəhram Qurbanlı (Atilla İK)

-73 kq
1. İbrahim Əliyev (Judo Klub 2012)
2. Nəriman Mirzəyev (Neftçi İK)
3. Aydın Rzayev (Kanokan-TT İK)
3. Rüfət Şövlətov (Judo Club 2012)

-81 kq
1. Roman Qarayev (Qəbələ (Bakı)
2. Asim Qulamzadə (Aydın Gənclər İK)
3. Əhməd Mehdiyev (Atilla İK)
3. Cahandar Haqverdiyev (Atilla İK)

-90 kq
1. Məmmədrza Hacızadə (Judo Club 2012)
2. İbrahim Ağakişiyev (Neftçi İK)
3. Fəqan Şamilov (Zaqatala İOK)
3. Naim Hüseynov (DİN İC)

-100 kq
1. Elmar Qasımov (Atilla İK)
2. Şamil Qasımov (Judo Club 2012)
3. Hüseyn Məsimov (Fərid İK Sumqayıt)

+100 kq
1. Camal Feyziyev (Neftçi İK)
2. Qurban Məmmədli (Judo Club 2012)
3. Rauf Yadigarlı (Neftçi İK)

Müəllif: Natiq NƏSİROV