Cüdoçularımız Avropa Kubokuna 3 medalla başladı

Türkiyənin Antalya şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kubokuna start verilib. Yarışın ilk günündə millimiz aktivinə 1 gümüş və 2 bürünc medal yazdırıb.
Qızların mübarizəsində -48 kq çəkidə Könül Eyvazlı gümüş, Leyla Ələkbərova bürünc medalın sahibi olub. Oğlanlar arasında -60 kq çəki dərəcəsində Röyal Qayıbov bürünc medal qazanıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 24 ölkədən 448 idmançı mübarizə aparır.
