DÜNYA LİQASININ SİMVOLİK YIĞMASI

ESTAFET/ Polşanın Krakov şəhərində Beynəlxalq Voleybol Federasiyasının (FIVB) kişilər arasında keçirdiyi Dünya Liqası başa çatıb. Bu mötəbər turnirin qalibi finalda Braziliya yığmasını hər 3 setdə (25:22, 25:22, 25:21) məğlub edən Serbiya komandası olub.

 

Turnirin yekununda Dünya Liqasının simvolik yığması aşağıdakı kimi müəyyənləşib:


Oyunqurucular: Marko İvoviç (Serbiya), Antonin Ruzye (Fransa)
Mərkəz blokçuları: Maurisio (Braziliya), Sreçko Lisinak (Serbiya)
Libero: Jenya Qrebennikov (Fransa)
Əlaqələndirici: Simone Canelli (İtaliya)
Dioqanal oyunçu: Uolles (Braziliya)

 

Turnirin ən dəyərli oyunçusu isə Serbiya yığmasının oyunqurucusu Marko İvoviç seçilib.

 

3-cü yeri İtaliya yığması üzərindəki 3:0 (25:23, 25:21, 25:20) hesablı qələbə ilə Fransa qazanıb.