Fəridə Mirzəyeva beynəlxalq turnirin qalibi oldu

Martın 22-də Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib. -48 kq-da mübarizə aparan cüdoçumuz Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.

Müəllif: Natiq NƏSİROV