Azərbaycanın futzal millisi son oyununu keçirəcək

19 yaşadək futzalçılardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının əsas mərhələsində son oyununu keçirəcək.

7-ci qrupda yer alan U-19 Xorvatiyanın Omiş şəhərindəki üçüncü matçında Türkiyə yığması ilə qarşılaşacaq. Ribnjak İdman Sarayında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Azərbaycan (U-19. Futzal) – Türkiyə (U-19. Futzal)

29 mart. Ribnjak İdman Sarayı. Saat 19:00

Hakimlər: Filipa Prata (Portuqaliya), Rastislav Behancin (Slovakiya), Liviu Dumitru Chita (Rumıniya)

Timekeeper: Luka Kovač Levantin (Xorvatiya)

Hakim-inspektor: Victor van Helvoirt (Niderland)

UEFA nümayəndəsi: Fabrizio Di Felice (İtaliya)

Müəllif: Bəhruz MƏMMƏDOV