Cüdoçularımız Dubrovnik Avropa Kuboku turnirində iştirak edəcək

5-6 apreldə Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku keçiriləcək.

Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 41 ölkədən 489 idmançı qatılacaq. Azərbaycan yarışda 10 çəki dərəsində 21 cüdoçu ilə (13 kişi, 8 qadın) təmsil olunacaq.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədovla Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Kişilər

-60 kq

Murad Muradlı

Elbrus Zamanov

-66 kq

Kamran Süleymanov

Eltac Yusifli

Bəhram Qurbanlı

Qasım Vəlizadə

-73 kq

İbrahim Əliyev

Aydın Rzayev

-81 kq

Kərim Allahverdiyev

-90 kq

Vüqar Talıbov

Murad Fətiyev

Məmmədrza Hacızadə

İbrahim Ağakişiyev

Qadınlar

-52 kq

Aydan Vəliyeva

Gültac Məmmədəliyeva

-57 kq

Fidan Əlizadə

-70 kq

Südabə Ağayeva

Günel Həsənli

Aytac Qardaşxanlı

-78 kq

Nərmin Əmirli

+78 kq

Nigar Süleymanova

Müəllif: Natiq NƏSİROV