Gənc cüdoçularımız Poznan Avropa Kubokunda qüvvəsini sınayacaq

5-6 aprel tarixlərində Polşanın Poznan şəhərində gənclər arasında Avropa Kuboku keçiriləcək.

Turnirdə 23 ölkədən 438 idmançı iştirak edəcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda Azərbaycan 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Oğlanlar

-60 kq

Nihad Məmişov

Fərid Qarayev

-66 kq

Məhəmməd Musayev

-73 kq

Mehdi Cəfərov

Əbil Yusubov

-81 kq

Cəsur İbadlı

Süleyman Şükürov

-90 kq

Əli Qazıməmmədov

Tuncay Şamil

-100 kq

Davud Namazlı

+100 kq

Ramazan Əhmədov

Eldar Əliyev

Müəllif: Natiq NƏSİROV