Yeniyetmə cüdoçularımız Teplitse Avropa Kubokunda mübarizə aparacaq

Avropa Cüdo Birliyinin təqviminə əsasən, 5-6 apreldə Çexiyanın Teplitse şəhərində yeniyetmə cüdoçular arasında Avropa Kuboku keçiriləcək. Turnirdə 38 ölkədən 857 idmançı mübarizə aparacaq.

Azərbaycan yarışda 16 çəki dərəcəsində 33 cüdoçu (17 oğlan, 16 qız) cüdoçu ilə təmsil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət komandaya baş məşqçi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmaya baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanlar

-50 kq

İbrahim Talıbov

Anar Quliyev

-55 kq

Məhəmmədəli Hüsiyev

Rəsul Əlizadə

-60 kq

Zeyd Ələsgərov

Röyal Qayıbov

-66 kq

Əli Hümbətov

Özqan Quliyev

-73 kq

Məhəmməd Ağakişiyev

Ayxan Həsənli

Səid Şərifov

-81 kq

Amin Mehdiyev

Abdullah Rəhmətov

-90 kq

Səid Hüseynov

Nurəddin Əliyev

+90 kq

Sübhan Axundov

Tunar Fərzəliyev

Qızlar

-40 kq

Mədinə Hüseynova

-44 kq

Gülşən Hüseynova

Xədicə Abdullayeva

Fatimə Abdullayeva

-48 kq

Leyla Ələkbərova

Nərmin Ağamirzadə

Könül Eyvazlı

Nərgiz Əhmədova

-52 kq

Tövsiyyə Babayeva

-57 kq

Aliyə Rüstəmova

Nəzakət Vəliyeva

Gülnaz Məmmədtağıyeva

-63 kq

Ayan Əliyeva

-70 kq

Məsumə Məmmədli

Rəna Əhmədova

+70 kq

Zemfira Əliyeva

Müəllif: Natiq NƏSİROV