Azərbaycan Basketbol Liqasında müntəzəm mövsüm yekunlaşıb

1-6 aprel tarixlərində Azərbaycan Basketbol Liqasında (ABL) 20-ci yəni sonuncu turun oyunları baş tutub.

"Lənkəran"-"Şəki" (78-107), "Quba"-"Ordu" (88-97), "Sərhədçi"-NTD (103-77), "Abşeron"-"Neftçi" (77-85), "Sabah"-"Naxçıvan" (111-89 ), "Gəncə"-"Sumqayıt" (94-92 ). Bu nəticələrdən sonra "A" qrupunun lideri "Sabah", ikinci sıranın sahibi "Naxçıvan" və qrupun ən güclü 3-cü komandası "Neftçi" birbaşa pley-off 'a vəsiqəni təmin ediblər. Adı çəkilən klublarla yanaşı "B" qrupunu ilk pillədə bitirmiş "Şəki" klubu da, birbaşa pley-off mərhələsinə yüksəlib. Reqlamentə əsasən digər klublar isə mübarizəyə pley-in mərhələsindən start verəcəklər. Pley-in cütlükləri: "Sumqayıt"-"Sərhədçi", "Gəncə"-"Lənkəran", "Ordu"-"Quba" və "Abşeron"-NTD.

Qeyd edək ki, 10 apreldən start götürəcək pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-off 'a vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ