İdman Akademiyası “ABB Gənc Basketbol Liqası”nda ikinci mərhələdə çempionluq qazandı

3x3 basketbol üzrə "ABB Gənc Basketbol Liqası"nın ikinci mərhələsində qalib İdman Akademiyasının komandasıdır

 7-8 aprel Bakı İdman Sarayında 3x3 basketbol üzrə "ABB Gənc Basketbol Liqası"nın ikinci mərhələsinə yekun vurulub. İkinci mərhələnin final görüşündə İdman Akademiyasının komandası ilə Texniki Universitetin komandası üz-üzə gəliblər. Oyunu İdman Akademiyasının komandası 21-19 hesablı qələbə ilə tamamlayaraq "ABB Gənc Basketbol Liqasın"da ikinci mərhələnin çempionu olub. Final oyununun ən dəyərli basketbolçusu (MVP) İdman Akademiyasının üzvü Əlibəy Məmmədli seçilib.

Qalib komandaya mükafatları Azərbaycan Basketbol Federasiyasının (ABF) əməkdaşı və turnirin təşkilatçısı Nicat Mirzəyev təqdim edib.

Müəllif: Məsim MƏSİMZADƏ