Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürdü

Bakıda bədii gimnastika üzrə növbəti Dünya Kuboku yarışlarına start verilib. Turnirdə 39 ölkədən olan gimnastlar medallar uğrunda mübarizə aparırlar.

İştirakçılar həm ayrı-ayrı alətlər, həm də çoxnövçülük proqramı üzrə bacarıqlarını nümayiş etdirirlər. Azərbaycanı yarışda fərdi proqram üzrə Kamilla Seyidzadə və Zöhrə Cəfərova, həmçinin qrup hərəkətləri komandası təmsil edir.

Ənənəyə əsasən, bu il də yarışın yekununda ən yüksək icra xalını toplayan fərdi gimnast və qrup komandası “AGF Trophy” kuboku ilə təltif olunacaq.

Qeyd edək ki, Dünya Kuboku yarışlarına aprelin 20-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV