Azərbaycan Basketbol Liqasında pley-off marafonu: 1-ci oyunların nəticələri bəlli oldu

"Şəki", "Neftçi","Sabah" və "Naxçıvan" klubları pley-off seriyasında 1-0 önə keçiblər
17,18 və 19 aprel Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinin ilk oyunları baş tutub.
İlk pley-off seriyası Şəki Olimpiya İdman Kompleksində keçilirib. Seriyanın əlavə vaxta gedən birinci oyununun yekununda "Şəki" klubu 85-84 hesabı ilə "Gəncə"yə qalib gələrək, ümumi hesabda 1-0 önə keçib.
Bakı İdman Sarayında "Neftçi" və "Ordu" klubları arasında play-off seriyasının ilk oyununu paytaxt klubu "Neftçi" 93-84 hesabı ilə qalib tamamlayıb.
"Sabah" basketbolçuları isə pley-off seriyasının ilk oyununda "Sərhədçi" üzərində 90-64 hesablı qələbəyə seviniblər.
"Naxçıvan" klubu da pley-off seriyasına "Abşeron" üzərində 88-83 hesablı qələbə ilə başlayıb və seriyada 1-0 önə keçib.
Qeyd edək ki, pley-off seriyalarında cavab oyunları 20, 21 və 22 aprel tarixlərində baş tutacaq.
