Stolüstü tennisçilər Sarayevoya yollanıblar

Stolüstü tennisçilər Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək "WTT Youth Contender" turnirində iştirak edəcəklər.

Budəfəki yarışda seçmə komandanın 6 üzvü bacarığını göstərəcək. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Rüstəm Hacılı, Adil Əhmədzadə, Onur Quluzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova və Yağmur Məmmədli qələbə uğrunda mübarizə aparacaq.

Aprelin 22-də start veriləcək yarışa aprelin 25-də yekun vurulacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV