"Neftçi" U-12 və "Sumqayıt" U-12 klubları öz qruplarının liderləridir

12 yaşa qədər oğlanlar arasında keçirilən U-12 basketbol liqasında 5-ci turun oyunları yekunlaşıb.

Geridə qalmış 5 turdan sonra "A" qrupunda vahid lider "Neftçi" U-12 komandasıdır. Eyni xal toplamış "Naxçıvan" U-12 və NTD U-12 basketbolçuları müvafiq olaraq 2-ci və 3-cü pilləni bölüşürlər. "Abşeron" U-12 4-cü, "Sabah" U-12 5-ci və "Sərhədçi" U-12 komandası isə 6-cı pillənin sahibidir. "B" qrupuna gəldikdə isə, "Sumqayıt" U-12 komandası maksimum nəticə ilə qrupun şəriksiz lideridir. Liderdən bir xal az toplamış "Gəncə" U-12 komandası ikinici sırada qərarlaşıb. "Quba" U-12 komandası 8 xalla 3-cü pillənin, "Ordu" U-12, "Şəki" U-12 və "Lənkəran" U-12 komandaları isə 6 xalla müvafiq olaraq turnir cədvəlində 4-cü, 5-ci və 6-sıranı tuturlar.

Qeyd edək ki, müntəzəm çempionatda "A" və "B" qruplarında ilk iki sıranı tutmuş komandalar birbaşa pley-off'a vəsiqə qazanacaqlar. Digər kollektivlər isə pley-in'dən mübarizəyə start verəcəklər.

Müəllif: Məsim MƏSİMZADƏ