Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazandı

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatında Azərbaycan idmançısı Zelim Tçkayev möhtəşəm çıxışı ilə diqqət çəkib.

-81 kq çəki dərəcəsində tatamiyə çıxan Tçkayev bürünc medal uğrunda qarşılaşmada Moldova təmsilçisi Petru Pelivan üzərində ippon fəndi ilə qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Qeyd edək ki, Podqoritsada keçirilən bu nüfuzlu yarışda Azərbaycan cüdoçuları uğurla çıxış edərək ölkəmizin idman şərəfini layiqincə təmsil edirlər.

Müəllif: Natiq NƏSİROV