"Sabah" və "Neftçi" klubları yarımfinal pley-off seriyalarına qələbə ilə başlayıblar

26 və 27 aprel Azərbaycan Basketbol Liqasında (ABL) yarımfinal pley-off seriyalarının ilk oyunları baş tutub.

Bakı İdman Sarayında keçirilən pley-off seriyalarının ilk oyunlarında basketbol həvəskarları maraqlı mübarizələrin şahidi olublar. Müntəzəm çempionatda "A" qrupun qalibi "Sabah" yarımfinalın ilk oyununda "Şəki" klubuna 86-73 hesabı ilə qalib gəlib və seriyada 1-0 irəli keçib. "Neftçi"-"Abşeron" yarımfinal pley-off seriyasının ilk oyununda, "Neftçi" klubu geridönüş edərək əlavə vaxtda rəqibinə 97-93 hesabı ilə qalib gəlib və seriyada ümumi hesabı 1-0 edib.

Qeyd edək ki, yarımfinal pley-off seriyasının cavab oyunları 29 apreldə baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ