Akif Quluzadə "ONE Fight Night" turnirində dördüncü qələbəsini qazandı

Azərbaycanlı MMA döyüşçüsü Akif Quluzadə bu gecə “ONE Championship”in aylıq döyüş seriyası olan "ONE Fight Night" turnirində növbəti uğurunu əldə edib.

Flayveyt (uçan çəki) kateqoriyasında çıxış edən 19 yaşlı idmançımız ABŞ təmsilçisi Şon Klimakoya qalib gələrək bu seriyada ardıcıl dördüncü qələbəsini qazanıb.

Bu nəticə ilə Akif Quluzadənin peşəkar karyerasındakı ümumi göstəricisi 19 qələbə və 2 məğlubiyyət olub.

Yüksək döyüş texnikası və əzmkarlığı ilə seçilən gənc idmançımız Azərbaycanı beynəlxalq arenada uğurla təmsil etməyə davam edir.

Müəllif: Bəhruz MƏMMƏDOV