Qubada Yeniyetmələr arasında Cüdo üzrə Avropa Kuboku start götürdü

Mayın 3-də Quba şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.

Beynəlxalq səviyyəli turnirdə 11 ölkədən 354 cüdoçu (213 oğlan və 141 qız) 16 çəki dərəcəsində mübarizə aparır. Azərbaycanı 141 idmançı (100 oğlan və 41 qız) təmsil edir.

Yarışın ilk günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşəcək. Mötəbər turnirə sabah yekun vurulacaq.

Qeyd edək ki, Qubada keçirilən bu turnir yeniyetmə cüdoçular üçün beynəlxalq təcrübə qazanmaq və reytinq xalları toplamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Müəllif: Natiq NƏSİROV