Avropa Kubokuna hazırlıq çərçivəsində gənc cüdoçular İstanbulda bir araya gəlib

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb. 5-7 may tarixlərini əhatə edən toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur.

Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.

Təlim-məşq toplanışı 31 may-1 iyunda Avstriyanın Qraz şəhərində və 21-22 iyunda Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.

Müəllif: Natiq NƏSİROV