Azərbaycan gimnastları beynəlxalq turnirdə 17 medal qazandı

9-11 may tarixlərində Polşanın Krakov şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən milli komandamızın üzvləri uğurlu çıxışları ilə yadda qalıblar.

Batut gimnastikası üzrə uşaqlar yaş kateqoriyasında:

Muhammed Həsənli (86.720 xal) - gümüş medal

Aylin Ağazadə (44.200 xal) - bürünc medal

Yeniyetmələr yaş kateqoriyasında:

Fərhad Mustafayev (ikili mini batut, 45.600 xal) - qızıl medal

Samirə Hüseynova (50.770 xal) - qızıl medal

Nikita Koleşnikov (ikili mini batut - 46.430 xal) gümüş, (42.900 xal) - bürünc medal

Gənclər yaş kateqoriyası:

Fərhad Vəliyev (ikili-mini batut, 23.800 xal) - gümüş, (87.690 xal) - bürünc medal

Ammar Baxşalıyev (99.340 xal) - qızıl, (ikili-mini batut, 23.700 xal) - bürünc medal

Ayan Şabanova (47.300 xal) - bürünc medal

Böyüklər yaş kateqoriyası:

Şəfiqə Hümbətova (ikili-mini batut, 42.200 xal) - qızıl medal

Tamblinq üzrə böyüklər yaş kateqoriyasında:

Sənan Rzazadə (39.100 xal) - qızıl medal

Tofiq Əliyev (30.900 xal) - qızıl medal

Aleksey Karataşov (26.900 xal) - gümüş medal

Mehdi Əliyev (52.380 xal) - gümüş medal

Adil Hacızadə (24.000 xal) - bürünc medal

Gimnastlarımızı beynəlxalq arenada göstərdikləri uğurlu çıxışlara görə təbrik edir, gələcək yarışlarda da onlara yeni nailiyyətlər arzulayırıq!

Müəllif: Bəhruz MƏMMƏDOV