“Galaxy Cup” Dubay 2025: Ocaq Sport Klubunun ilk beynəlxalq uğuru

Ocaq Sport Klubunun buz üstü hokkey komandası ilk beynəlxalq çıxışını uğurla başa vurub. Komanda Dubayda keçirilən “Galaxy Cup” beynəlxalq turnirində parlaq çıxış edərək 6 komanda arasında 3-cü yerin sahibi olub.

Bu, Ocaq Sport Klubunun buz üstü hokkey komandası üçün ilk beynəlxalq təcrübə idi. Turnirdə sərgilənən oyun və qazanılan bürünc medal Azərbaycan hokkeyi üçün mühüm addım və böyük qürur mənbəyidir.

Turnirin ən yaddaqalan məqamlarından biri isə komandamızın qapıçısı İlkin Qəmbərovun fərdi çıxışı olub. O, Ocaq Sport Klubunun ən yaxşı oyunçusu adına layiq görülüb.

Komanda rəhbərliyi bu uğuru həm idmançıların zəhməti, həm də gənc nəslin buz üstü hokkeyə artan marağının göstəricisi kimi qiymətləndirib.

Müəllif: Bəhruz MƏMMƏDOV