Azərbaycan Basketbol Federasiyası FIBA Mid-Term Congress 2025-də

Bəhreynin Manama şəhərində keçirilən və 160-dan çox milli federasiyanın iştirak etdiyi FIBA Mid-Term Congress 2025 çərçivəsində beynəlxalq basketbol ailəsi növbəti inkişaf mərhələlərini müzakirə edir.

Tədbirdə federasiya prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov da iştirak edirlər. Konqresdə FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.

Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər, gələcək üçün yeni imkanların qapısını açır.

Müəllif: Məsim MƏSİMZADƏ