Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib

Mayın 16-da gənclər və idman naziri Fərid Qayıbov Zaqatala Olimpiya İdman Kompleksinə baxış keçirib.

Nazir Fərid Qayıbov kompleksdə aparılan əsaslı təmir və yenidənqurma işlərinin gedişi ilə tanış olub, görülən işlərin icra vəziyyəti barədə məlumat alıb.

Nazir təmir işlərinin keyfiyyətlə və vaxtında yekunlaşdırılmasının, eləcə də mövcud infrastrukturdan səmərəli istifadənin təmin olunmasının vacibliyini vurğulayaraq, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Müəllif: Bəhruz MƏMMƏDOV