Azərbaycanlı triatlonçular Özbəkistan Açıq Çempionatında uğurlu nəticə göstəriblər

Triatlon üzrə açıq Özbəkistan çempionatında Azərbaycan idmançıları yüksək nəticələrlə yadda qalıblar.
Milli komandanın üzvü Əli Rzazadə, 43 iştirakçı arasında bütün rəqiblərini geridə qoyaraq birinci yerin sahibi olub.
Elit kateqoriyada çıxış edən Leyla Abduləzizova 13 qadın idmançı arasında ikinci yeri tutaraq podiuma yüksəlib.
Tural Atakişiyev isə Age Group (18–25 yaş) kateqoriyasında öz yaş qrupunda birinci yerə çıxıb.
Azərbaycan Triatlon Federasiyası idmançılarımızı təbrik edir və onlara növbəti beynəlxalq yarışlarda uğurlar arzulayır.
