3x3 Basketbol üzrə Dünya Kuboku: Azərbaycan millisi Bakıda mübarizəyə qoşuldu

Bu gün 3x3 basketbol üzrə Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsinə start verilib.
innews.media xəbər verir ki, yarışda ilk olaraq qadınlardan ibarət Azərbaycan milli komandası meydana çıxıb. B qrupunda mübarizə aparan komandamız Misir yığması ilə qarşılaşıb və rəqibini 14:12 hesabı ilə məğlub edib.
Millimizin baş məşqçisi Raşa Deliçin rəhbərliyi ilə çıxış edən komanda növbəti qarşılaşmada Latviya ilə üz-üzə gəlib. Təəssüf ki, bu oyunda komandamız 11:18 hesabı ilə uduzub.
Bu nəticədən sonra Azərbaycan millisi qrupdan çıxmaq şansını itirib.
Qeyd edək ki, gün ərzində kişilərdən ibarət yığmamız da seçmə mərhələdə mübarizəyə başlayacaq.
