3x3 Basketbol: Kişilərdən ibarət Azərbaycan millisi Dünya Kubokunda mübarizəni dayandırdı

Basketbolun 3x3 növü üzrə kişilərdən ibarət Azərbaycan milli komandası Dünya Kubokunun Bakıda keçirilən seçmə mərhələsində ilk oyununu keçirib.
innews.media xəbər verir ki, B qrupunda mübarizə aparan yığmamız ilk matçda Kanada komandası ilə qarşılaşıb. Görüş Kanadanın 22:7 hesablı qələbəsi ilə başa çatıb.
Komandamız seçmə mərhələdəki son oyununu Böyük Britaniyaya qarşı keçirib. Bu görüşdə də rəqib üstün olub – 21:12.
Bu nəticələrdən sonra Azərbaycan millisi qrupdan çıxmaq şansını itirib və yarışda mübarizəni dayandırıb.
