RƏSMİ: Tofiq Musayev Bakıda keçiriləcək ilk UFC turnirində döyüşəcək!

Tofiq Musayev Azərbaycanda keçiriləcək ilk tarixi UFC turnirində iştirak edəcək. Azərbaycanlı idmançı dünyanın aparıcı qarışıq döyüş sənətləri təşkilatı ilə müqavilə imzalayaraq UFC Fight Night: Hill vs Rountree turnirində döyüşəcək. Onun rəqibi yüngül çəki dərəcəsində olan qırğızıstanlı döyüşçü Mıqtıbek Orolbaydır.

Beləliklə, Tofiq Musayev UFC ilə müqavilə imzalayan üçüncü azərbaycanlı döyüşçü oldu.

Turnir 21 iyun tarixində Baku Crystal Hall-da keçiriləcək. Gecənin əsas qarşılaşması keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında baş tutacaq. Gecənin ikinci ən vacib döyüşü isə yüngül çəki dərəcəsində həmyerlimiz Rafael Fiziev ilə Çili təmsilçisi İqnacio Baxamondes arasında olacaq. Turnirin digər iştirakçılarından biri olan azərbaycanlı döyüşçü - Nazim Sadıxov da oktaqona çıxacaq. O, braziliyalı rəqibi Nikolas Motta ilə qarşılaşacaq.

Bu yay keçiriləcək ən möhtəşəm idman hadisələrindən birini qaçırmayın! Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Müəllif: Bəhruz MƏMMƏDOV