Millimizin 1/8 finaldakı rəqibi Rumıniya komandası oldu

Bakida keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
A qrupunda 7 xalla birinci yeri tutaraq 1/8 final mərhələsinə vəsiqə qazanan Azərbaycan millisinin bu mərhələdəki rəqibi bəlli olub. Elşad Quliyevin yetirmələri bu mərhələdə son dünya çempionu Rumıniya seçməsi ilə qarşılaşacaq.
Oyun mayın 27-də saat 20-30-da start götürəcək.
