Azərbaycan karateçiləri dünya çempionatına yola düşdü

Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə milli komandası Xorvatiyanın Varajdin şəhərində keçiriləcək dünya çempionatında iştirak etmək üçün yola düşüb.

Komandaya Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə nümayəndəsi Bahadur Əhmədov rəhbərlik edir.

Yarış 6–8 iyun 2025-ci il tarixlərində keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV