Firdovsi Umudov: “Bölgələrdəki idman imkanlarından maksimum istifadə olunmalıdır”

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən "Kürmük" klubunun təlim-məşq mərkəzində olub.

Klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı Firdovsi Umudova məlumat veriblər. Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur. Firdovsi Umudov bölgələrimizdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.

Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.

Müəllif: Bəhruz MƏMMƏDOV