“Qarabağ”ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu

ESTAFET/ "Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.
Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azersun Arena"da baş tutacaq.
İyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "köhlən atlar" hazırlığını Avstriyada davam etdirəcək.
