Azərbaycan yığması Avstriyaya məğlub oldu

ESTAFET/ Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Gümüş Avropa Liqasının ilkin mərhələsində son matçını keçirib.
Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv Avstriya millisi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:18, 25:18, 25:14).
Azərbaycan millisi daha əvvəl keçirdiyi matçlarda İsveçə (0:3), Lüksemburqa (0:3) və Macarıstana (1:3) məğlub olub, Gürcüstan (3:0) və Farer adaları (3:1) komandalarını üstələyib.
