Dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib

İyunun 18-də dövlət qurumlarının əməkdaşları arasında voleybol yarışı keçirilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Voleybol Mərkəzində baş tutan yarışda qadın komandaları mübarizə aparıblar.

Yarışın yekununda Fövqəladə Hallar Nazirliyi fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. SOCAR komandası ikinci, ASAN xidmət isə üçüncü pillədə qərarlaşıblar.

Turnir iyunun 19-da kişilər arasında keçiriləcək oyunlarla davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV