Klublararası dünya çempionatında növbəti qarşılaşmalar keçirilib

ABŞ-ın ev sahibliyi ilə keçirilən klublararası dünya çempionatında növbəti oyunlar baş tutub.
H qrupunda keçirilən qarşılaşmada Avstriyanın “Zalsburq” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə hesab açılmayıb – 0:0.
G qrupunda isə İngiltərənin “Mançester Siti” klubu BƏƏ-nin “Əl-Əyn” komandası üzərində qələbə qazanıb – 6:0. Bu möhtəşəm nəticə ilə “şəhərlilər” 1/8 final mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.
