Gənclər və İdman Nazirliyində dövlət qulluqçularının andiçmə mərasimi keçirilib

İyunun 24-də Gənclər və İdman Nazirliyində daimi dövlət qulluğuna qəbul olunan əməkdaşların andiçmə mərasimi baş tutub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov, dövlət qulluğuna yeni qəbul olunan əməkdaşları təbrik edib, onlara məsuliyyətli və şərəfli xidmətlərində uğurlar arzulayıb.
Daha sonra Nazirliyin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Gülgəz Tağıyeva yeni əməkdaşlar haqqında məlumat verib.
Mərasimin sonunda dövlət qulluqçuları rəsmi şəkildə and içiblər.
